İngiltərə

Əmindirlər: Salah onlara qoşulacaq

Səudiyyə Ərəbistanı Premyer Liqası (SPL) “Liverpul”un 32 yaşlı cinah oyunçusu Məhəmməd Salahın gələn yay onlara qoşulacağına əmindir.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin məlumatına görə, cinah yarımmüdafiəçisinin karyerasını davam etdirməsi üçün ən çox ehtimal olunan variant kimi “Əl-Hilal” göstərilir. Ancaq misirli futbolçunun iyunun 15-də başlayacaq klublararası dünya çempionatı başlamazdan əvvəl Səudiyyə Ərəbistanı liqasından bir komanda ilə müqavilə bağlayacağı ehtimalı azdır. Salahın “Liverpul”la cari mövsümün sonunda başa çatacaq əmək müqaviləsini uzatmaqla bağlı danışıqları davam etdirdiyi də vurğulanır.

Bu mövsüm hücumçu bütün turnirlərdə 43 matçda iştirak edib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

Aut.az