“Bavariya”da 2 cidd itki
“Bavariya” 2 itki ilə üzləşib.
Aut.az xəbər verir ki, yarımmüdafiəçiləri Kinqsli Koman və Leon Qoretska zədə səbəbindən komandanın son məşqini buraxıb. Bu barədə “Bayern&Germany” məlumat yayıb.
Komandanın Qoretskanın belində, Komanın isə ayağında problem var. Futbolçuların qayıtma vaxtı hələlik məlum deyil.
Leon 2024/25 mövsümü ərzində bütün yarışlarda 33 oyuna çıxıb, 5 qol vurub və bir məhsuldar ötürmə edib. Fransalı cinah oyunçusu isə 34 matçda 6 qol və 4 assitə imza atıb.
“Bavariya”nın növbəti oyunu “Auqsburq”a qarşı olacaq. Görüş aprelin 4-də baş tutacaq.
Aut.az
