AFFA “Qarabağ”ı yenə də cərimələdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Aut.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasında çıxış edən klublara cəzalar tətbiq olunub.
Azərbaycan Premyer Liqasında XXVIII turun “Qarabağ”la ev oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimələnib.
“Qarabağ” isə azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən 1 500 manat ziyana düşüb.
Turun “Araz-Naxçıvan”la ev oyununda 6 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi”yə 700 manat cərimə kəsilib.
“Araz-Naxçıvan” isə formasında qüsur olması səbəbindən oyun gec başladığı üçün 800 manat cərimə edilib.
“Səbail” komandası ilə ev oyununda “Kəpəz” azarkeşləri 6 ədəd oturacaq sındırıblar. Tovuz şəhər stadionuna dəymiş zərəri Gəncə klubunun ödəməsinə qərar verilib.
