“Sumqayıt” hücumçu transfer etdi
“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Aut.az xəbər verir ki, “kimyaçılar” son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasmir Ninqa ilə 1 illik müqavilə imzalayıb. 30 yaşlı cinah hücumçusu “11” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Kasmir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə), “Anortosis” (Kipr) kimi klublarda çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.
