Hokkey

Oveçkin 890-a çatdı, cəmi 4 qol qaldı

Milli Xokkey Liqasının müntəzəm mövsüm matçında “Vaşinqton Capitals” “Buffalo”nu qəbul edib.

Aut.az xəbər verir ki, oyun qonaqların 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. “Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkin NHL karyerasının 890-cı qolunu vurub.

Oveçkin 50-ci dəqiqədə Rasmus Sandinin ötürməsi ilə fərqlənib.

Beləliklə, Oveçkinə Ueyn Qretskinin rekordunu təkrarlamaq üçün cəmi 4 qol lazımdır.

Aut.az