Almaniya

Danışıqlar başa çatdı: “Bavariya” əfsanəyə qapını göstərdi

İki raundluq danışıqlardan sonra “Bavariya” 35 yaşlı yarımmüdafiəçi Tomas Müller ilə 2025-ci il iyunun 30-da başa çatacaq əmək müqaviləsini uzatmamaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Kristian Falk məlumat verib.

Alman futbolçu 2000-ci ildən “Bavariya” sistemindədir. Münhen klubunun heyətində Müller bütün turnirlərdə 741 matçda iştirak edib, 247 qol vurub və 273 məhsuldar ötürmə edib. 35 yaşlı yarımmüdafiəçi klubda keçirdiyi matçların sayına görə “Bavariya”nın rekordçusudur.

Aut.az