Almaniya

Virts “Bayer”də qalacaq?

“Bayer Leverkuzen” komandanın lideri Floryan Virts ilə mövcud müqavilənin müddətini uzatmağa yaxındır.

Aut.az xəbər verir ki, Almaniya millisinin 21 yaşlı yarımmüdafiəçisi yaxın vaxtlarda bununla bağlı yekun qərarını açıqlayacaq. Bu barədə insayder Floryan Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Müqaviləyə 2026-cı ilin yayında qüvvəyə minəcək xüsusi bənd daxil ediləcək.

Eyni zamanda, “Bayer” bu il Virtsin mümkün transferi ilə bağlı danışıqlar aparmağa hazırdır. Lakin “asprinlər” potensial alıcılardan 120-130 milyon avro və bonuslar ödəməyi tələb edəcək.

Bu mövsüm yarımmüdafiəçi Leverkuzen klubunun heyətində bütün turnirlərdə 39 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Aut.az