Keyn “Bavariya”nın tarixinə düşdü
İngiltərəli hücumçu Harri Keyn “Bavariya”nın tarixində ən yaxşı bombardirlər siyahısında ilk onluğa daxil olub.
Aut.az xəbər verir ki, Hazırda forvardın Münhen klubunun heyətində 139 qolu var. Reytinqin lideri isə 570 qolla sabiq hücumçu Herd Müller olaraq qalır.
Harri Keyn 2023-cü ilin yayından “Bavariya”da çıxış edir. Onun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
“Bavariya” tarixinin ən yaxşı 10 bombardiri (aprel 2025):
1. Herd Müller — 570 qol
2. Robert Levandovski — 344
3. Tomas Müller — 250
4. Rayner Olhauzer — 229
5. Karl-Haynts Rummenigge — 217
6. Roland Volfart — 156
7. Diter Hönes — 145
8. Aryen Robben — 144
9. Diter Brenninger — 142
10. Harri Keyn — 139
