“Çelsi” “Real”a rəqib oldu: Onu istəyirlər
“Bornmut”un ispaniyalı müdafiəçisi Din Heysen “Real”dan sonra “Çelsi”nin də diqqətini çəkib.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbələrin məlumatına görə, bu iki klub 19 yaşlı futbolçunun 60 milyon avroluq sərbəst qalma bəndini aktivləşdirməyə mümkün qədər yaxındır.
Madrid klubu oyunçunun ətrafı ilə əlaqə saxlayır və onu komandanın gələcəyi kimi görür. Lakin Din “Real”a keçməyi prioritet hesab etməsə, klub onun üçün mübarizə aparmacaq.
Aut.az
