“Tour de France” 20 il sonra bu ölkədə başlayacaq
2027-ci ildə “Tour de France” yarışına Böyük Britaniyada start veriləcək.
Aut.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Çoxgünlük yarışın ilk üç mərhələsi Britaniya ərzisində baş tutacaq. Yarış Şotlandiyanın Edinburq şəhərində start götürəcək. İkinci mərhələ Uelsdə, üçüncü mərhələ isə İngiltərədə keçiriləcək. Bundan sonra yarış Fransaya qayıdacaq. Bu vaxt iştirakçılar bir gün istirahət edəcəklər.
Tarixdə üçüncü dəfədir ki, “Tour de Frans” Böyük Britaniyada start götürəcək. Yarış 2007-ci ildə Londonda, 2014-cü ildə isə Lidsdə başlayıb.
Xatırladaq ki, fevralın sonunda Tour de France-ın təşkilatçıları “Amaury Sport Organization” (ASO ) 2026-cı ildəki yarışın Barselonada başlayacağını açıqlayıb .
Aut.az
