“Çelsi” “Sportinq”in 2 vunderkindini transfer etdi: 74 milyona
“Sportinq” iki gənc futbolçusunu təqribən 74 milyon avroya “Çelsi”yə satdığını açıqlayıb.
Aut.az xəbər verir ki, “mavilər” 17 yaşlı portuqaliyalı cinah yarımmüdafiəçisi Covani Kendanın , eləcə də hazırda İspaniyanın “Las Palmas” klubunda icarə əsasında çıxış edən 20 yaşlı müdafiəçi Dariu Esuqunun transferini tamamlayıb.
Qeyd edilir ki, “zadəganlara” 22,27 milyon avroya başa gələn Esuqu 2025-ci ilin yayında “Çelsi”yə keçəcək. Kenda isə 1 il “Sportinq”də qalacaq və 2026-cı ilin yayında 52,14 milyon avro qarşılığından London klubunun futbolçusu olacaq.
Aut.az
