Qvardiolanın “Siti”sindən antirekord
“Mançester Siti” Pep Qvardiolanın rəhbərliyi altında ilk dəfə Premyer Liqada 40 qol buraxıb.
Aut.az xəbər verir ki, bu, “Brayton” ilə İngiltərə çempionatının 29-cu turunun 2:2 hesablı heç-heçı bitən oyunundan sonra rəsmiləşib. Premyer Liqada Qvardiolanın dövründə “şəhərlilər” üçün buraxılan qolların sayına görə ən yaxşı mövsüm 2018/19 (23), ən pisi isə 2016/17-ci illər (39) olub.
Əvvəlki çempionat mövsümü ilə müqayisədə “Siti” 6 top daha çox buraxıb.
Qeyd edək ki, Pepin yetirmələri turnir cədvəlində 48 xalla beşinci yerdədir.
Aut.az
