Kurban Berdiyev: “Bütün məsuliyyət məndədir”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub.
Aut.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban VBerdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq. Bu birbaşa nəticəyə təsir edir.
– Səhvlərin qarşısını almaq üçün hansı işlər görülür?
– Çətindir. Göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər.
– Transferlərdə səhvlər etdiyinizi düşünmürsünüz?
– Seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.
– Avrokuboklara vəsiqə qazana bilməsəz, burada qalacaqsız?
– Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir.
– Araş Qaderi, Orxan Əliyev, Anton Kraçkovski komandada qalacaq?
– Hələ baxarıq. Qarşıda bir dövrə var.
