“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışını və “Legiya” ilə yoxlama oyununu (0:2) dəyərləndirib.
Aut.az xəbər verir ki, 50 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib:
“Ayın 22-dən burdayıq. Hazırlıqlarımız pis getmir. Hazırda futbolçular daha çox yükləniblər. Hər iki oyunda heç bir futbolçuya 90 dəqiqə meydanda olmağa şərait yaratmadıq. Həm birinci, həm də ikinci oyundan razı qaldım. Baxmayaqraq ki, futbolçular yorğun idilər, amma meydandakı texniki səhvləri nəzərə almasaq, ümumən düzgün oynamağa çalışdılar. Bu görüşlərdə çox vacibdir ki, yorğun halda meydanda verilən tapşırığı yerinə yetirsinlər. Texniki səhvlər get-gedə daha da yaxşılaşacaq. Bu günə kimi futbolçularımdan razıyam. Çünki hamı ürəkdən məşq edir, çalışır, hər kəs ciddi yanaşır. Qarşıda bizim 3-cü oyunumuz da var. Üçüncü matça kimi daha yaxşı formada olmalıdırlar.
Ola bilər ki, ilk rəsmi matçda istədiyimiz performansda olmayaq. Həm texniki, həm də fiziki cəhətdən hansısa çatızmazlıqlar ola bilər. Buna baxmayaraq, ilk oyuna çox ciddi yanaşırıq. Hazırlıq proqramımız üzrə çalışırıq. İnanıram ki, ayın 11-də keçiriləcək “Linkoln”la ilk görüşə futtbolçular optimal formalarına yaxın olacaqlar. Futbolçular bütün məşqlərdə məsuliyyətlidirlər və bu məni qane edir”.
Xatırladaq ki, “Qarabağ” Antalyadakı toplanışda ilk oyunda “Ferentsvaroş”la bərabərə qalıb – 2:2. Ağdam klubu növbəti qarşılaşmada “Legiya”ya uduzub – 0:2.