Neymar millidən kənarlaşdırılmasına belə reaksiya verdi
“Santos”un hücumçusu Neymar 2026-cı ilin martında keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin oyunları üçün Braziliya millisindən uzaqlaşdırılmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, bu barədə Neymar sosial şəbəkədə yazıb.
“Geri dönüşün yaxınlaşdığı görünürdü, amma təəssüf ki, hazırda dünyanın ən ağır formasını geyinə bilməyəcəm! Uzun söhbətlərimiz oldu və hamı bilir ki, mən nə qədər geri qayıtmaq istəyirdim, amma biz konsensusa gəldik və heç bir riskə getməməyə və zədədən tamamilə qurtulmaq üçün daha yaxşı hazırlaşmağa qərar verdik! Bu, prosesin bir hissəsidir.
Dəstək mesajları göndərən hər kəsə təşəkkür edirəm”, – Neymar yazıb.
Aut.az
