Oğlu Messinin bu qolunu bəyənir – VİDEO
Argentinanın və “İnter Mayami”nin kapitanı Lionel Messinin böyük oğlu Tiaqo Messi atasının hansı qolunu daha çox bəyəndiyini açıqlayıb.
“Atamın ən gözəl qolu Çempionlar Liqasının finalında “Mançester Yunayted”ə vurduğu qol idi” deyə “Marca” Tiaqodan sitat gətirib.
Xatırladaq ki, 2008/2009 Çempionlar Liqasının finalı “Barselona”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Messi matçın 70-ci dəqiqəsində fərqlənib.
Aut.az
