Mühafizəçisi Messini döyüşə çağıran idmançıya cavab verdi: Həqiqətən istəyirsənsə… – VİDEO
Argentinalı hücumçu Lionel Messinin şəxsi mühafizəçisi Yasin Çueko məşhur bloger və boksçu Loqan Polun rinqdə məşq zamanı verdiyi açıqlamaya cavab verib.
Aut.az xəbər verir ki, o, Argentinanın Messiyə məxsus “Mas+” şirkətini onun “Pride” brendini kopyalamaqda günahlandırıb və futbolçunu məsələni həll etmək üçün rinqə çağırıb. Çueko isə ona bu sözlərlə cavab verib.
“Leo bu adamın kim olduğunu belə bilmir. O, həqiqətən döyüşmək istəyirsə, futbolçu ilə deyil, mənimlə döyüşə bilər”, – deyə paylaşdığı videoda bildirib.
Qeyd edək ki, Loqan Polun daha sonra verdiyi açıqlamada diqqət çəkmək üçün zarafat etdiyini etiraf edib.
Aut.az
