İngiltərə

Hakimə nə qədər pul verib? – FOTO

“Mançester Yunayted”in futbolçularından biri Avropa Liqasının 1/8 final mərhələsində “Real Sosyedad”la cavab oyununda (4:1, 1:1 ilk oyun) het-trik edən komandanın kapitanı Bruno Fernandeslə zarafat edib.

30 yaşlı portuqaliyalı matçda vurduğu 3 qoldan ikisini penaltilərdən vurub.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaço sosial şəbəkədə matçdan bir neçə foto, o cümlədən paltardəyişmə otağında Fernandesin het-trik etdiyi topu əlində saxlayaraq çəkdirdiyi şəklini yayıb.

Ənənəvi olaraq, futbolçular het-trik edən oyunçu üçün topun üzərinə mesaj yazırlar. Futbolçulardan biri belə yazıb: “Hakimə nə qədər pul verdin?”

Hakimə nə qədər pul verib? – FOTO

Aut.az