İspaniya

Vinisiusu ittiham etdi: “Real”da 7-8 qaradərili var, ancaq…

Paraqvay yığmasının sabiq kapiatnı Karlos Qamarra “Real Madrid”in futbolçusu Vinisiusu ittiham edib.

Aut.az xəbər verir ki, Karlos Vinisiusu “danışıq qutusu” adlandırıb və onu davranışına diqqət yetirməyə çağırıb.

“Vinisius çox danışır. “Real”da 7 və ya 8 qaradərili oyunçu var, amma problemi olan yeganə oyunçu odur. Niyə ancaq onu hədəfə alırlar? O, publikanı həddən artıq təhrik edir”, Qamara deyib.

Aut.az