“Qızıl topa” əsas namizəd odur – Anrinin versiyası
“Barselona”nın sabiq hücumçusu Tyerri Anri kataloniyalıların braziliyalı hücumçusu Rafinyanın “Qızıl top”a əsas namizədlərdən bir hesab edir.
Aut.az xəbər verir ki, Anrinin sözlərini “Mundo Deportivo” sitat gətirib.
“Rafinya hazırda mənim üçün əsas favoritdir. O, Çempionlar Liqasında 11 qol vurub. Məhəmməd Salah da böyük namizəddir, Keyn də. Dembele bir ehtimaldır… Əgər Çempionlar Liqasında yaxşı çıxış edirsinizsə və liqanızı da qazanırsınızsa, şübhəsiz ki, şansınız var. Amma Rafinya indi ən yaxşı formasındadır, çoxlu qollar vurur.
Onun haqqında bir az da danışmaq lazımdır. Rafinyanın pressinqdə müdafiədən başqa nə işi var… Çünki tam hücumçu olanda həm də pressinq etməyi, müdafiə olunmağı, müdafiəçilərə kömək etməyi, yaxşı pressinq etməyi bacarmalısan. Etməli olduğunuz çox şey var və Rafinya bunların hamısını edir”, – Anri deyib.
Bu mövsüm Rafinya bütün turnirlərdə 41 oyun keçirib, 27 qol vurub və 19 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Aut.az
