“Yunayted”in dərdini tapıb: Bu qədər maaş alarlar?
“Mançester Yunayted”in həmsahibi, britaniyalı milyarder Cim Ratkliff maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, ad çəkməsə də, bəzi futbolçuların həddindən çox maaş aldığını iddia edib:
“Bəzi oyunçular kifayət qədər yaxşı deyil, bəziləri isə çox güman ki, həddindən artıq maaş alırlar. Bizim tam məsuliyyət daşıya biləcəyimiz bir komanda qurmaq üçün vaxt lazımdır”.
Qeyd edək ki, “Yunayted” Premyer Liqada 34 xalla 14-cü pillədə qərarlaşıb.
