Türkiyə

Türkiyədə cəzalı qadın baş məşqçi komandasının oyununu idarə etmək üçün bu yola əl atdı – VİDEO

Türkiyə futbolunda unikal hadisə baş verib.

Aut.az xəbər verir ki, qadınlardan ibarət “Eskişehirspor” klubunun cəzalandırılan baş məşqçisi Pınar Konca komandanı oyun zamanı idarə etmək üçün qeyri-ənənəvi üsul tapıb. İntizam cəzasına görə o, ehtiyat oyunçular skamyasında yer ala bilməyib. Ona görə də klub avtobusununda damından istifadə edib.

Əvvəlki matçda Konca öz oyunçusunu müdafiə etmək üçün rəqibin ehtiyat oyunçular skamyasına qaçdığı üçün qırmızı vərəqə alıb. Bu, onun cəzalandırılmasına səbəb olub və növbəti matç zamanı məşqçi oyunu izləmək üçün alternativ yol tapmalı olub.

Pınar oyundan sonra “Tribunalar çox uzaqda idi, lakin avtobusun damı meydanı daha yaxşı görməyə imkan verirdi”, – deyə bildirib. Məşqçinin qeyri-ənənəvi yanaşması tez bir zamanda sosial mediada yayılıb, futbol azarkeşləri onun addımını həvəslə müzakirə ediblər.

“Eskişehirspor” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və artıq pley-offa vəsiqəni təmin edib.

Aut.az