“Roma” dünya çempionu ilə müqaviləni uzatdı – FOTO
“Roma” 30 yaşlı yarımmüdafiəçi Leandro Paredes ilə müqaviləni 30 iyun 2026-cı ilə qədər uzadıb.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məliumat verilib.
“Təbrik edirik, Leo!” – “qurdlar”ın saytında yazılıb.
Argentinalı futbolçunun Roma klubu ilə əvvəlki əmək müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədə idi.
Paredes 2014-2017-ci illərdə və 2023-cü ilin yayından “Roma”da çıxış edib. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 27 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur.
Paredes Argentina millisi ilə 2022-ci il dünya çempionatının qalibi olub.
Aut.az

