Oveçkin Qretskinin bu rekordunu təkrarladı, qaldı…
“Vaşinqton Kapitals” klubunun kapitanı və hücumçusu Aleksandr Oveçkin Milli Xokkey Liqasında (NHL) bir ay ərzində vurduğu qollara görə kanadalı Ueyn Qretskinin rekordunu təkrarlayıb.
Aut.az xəbər verir ki, bu barədə klubun Telegram kanalında məlumat verilib.
“Sietl Kraken” ilə matçda Oveçkin mart aylarında 157-ci qolunu vurub. Qretski dekabrda eyni sayda qol vurub.
Oveçkinin “Sietl”ə vurduğu qol onu Qretskinin adi mövsümdəki qol rekorduna yaxınlaşdırıb. Kanadalının nailiyyətini təkrarlamaq üçün rusiyalıya səkkiz qol vurmaq lazımdır.
Aut.az
