Dünya futbolu

Ronaldodan türk oxşarına: Çox qorxulusan – VİDEO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əş-Şabab”la oyundan (2:2) əvvəl gündəmə gəlib.

Aut.az xəbər verir ki, isinmə hərəkətləri zamanı Ronaldo tribunada türk oxşarını görüb.

“Qardaş, sən mənim kimi deyilsən. Sən çox qorxulusan”, – portuqal ulduz ona yaxınlaşdıqdan sonra gülərək deyib.

Portuqaliya millisinin forması geyinmiş türk Ronaldonun sözlərindən üzülməyib.

40 yaşlı portuqaliyalı son matçda karyerasında 926-cı qolunu vurub.