İspaniya

“Real”ın gizli planı: Ançelottinin xəbəri yoxdur

“Real” rəhbərliyi Xabi Alonsonu baş məşqçi təyin etməkdə israrlıdır.

Aut.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, bu mövsüm “Bayer”in baş məşqçisi ilə Madrid klubu nümayəndələri arasında danışıqlar aparılıb. İspanın bu yay Madrid klubunu çalışdıracağı ehtimalı var.

“Real” iyerarxiyasındakı mühüm insanlar, müasir və dinamik üslubu ilə Alonsonun hazırkı heyətlə daha çox şey əldə edə biləcəyinə inanırlar.

Madrid klubunun hazırkı baş məşqçisi  Karlo Ançelottinin ətrafı Alonso ilə bağlı söz-söhbətlərdən xəbərdardır, lakin qeyd edilir ki, italiyalıya mövsümün sonunda onu əvəzləmək niyyəti barədə məlumat verilməyib.

Aut.az