Ağlasığmaz ideya: DÇ-2030-da 64 komanda – İnfantino “hə” dedi
2030-cu ildə keçiriləcək dünya çempionatında 64 komanda iştirak edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb. Belə ki, FİFA 2030-cu ildə Dünya Çempionatının yüzillik yubileyi münasibətilə mundialın 48 komandadan 64 komandaya qədər genişləndirilməsi imkanını müzakirə edir.
Bu təşəbbüsü 2030-cu ildə ilk dünya çempionatına ev sahibliyi edən Uruqvaydan olan nümayəndə irəli sürüb.
FİFA prezidenti Canni İnfantino təklifi “maraqlı və diqqətlə təhlil etməyə layiq” adlandırıb. Qeyd olunur ki, bu ideya böyük ehtimalla FİFA Şurasının digər üzvləri tərəfindən bəyənilməyəcək.
Xatırladaq ki, əvvəllər dünya çempionatının final mərhələsinin iştirakçılarının sayı 48-ə çatdırılmışdı – yeni formatda ilk dəfə turnir 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək.
Aut.az
