İtaliya

“Napoli” onunla bağlı qərar verdi

Müdafiəçi Matias Olivera “Napoli”də çıxış etməyə davam edəcək.

Aut.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə müqavilə müddəti 2030-cu ilə qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Olivera 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Bu müddət ərzində o, 90 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Napoli” hazırda İtaliya çempionatında lider “İnter”dən 1 xal geri qalır.

Aut.az