Ulduz futbolçunun qiyməti məlum oldu: Fantastik məbləğ
“Milan”ın hücumçusu Rafael Leaonun transfer qiyməti məlum olub.
Aut.az xəbər verir ki, portuqaliyalı futbolçunun müqaviləsindəki sərbəstqalma maddəsi 175 milyon avro olaraq təyin edilib. Bu, müddəti 2028-ci ilə qədər qüvvədə olacaq sözləşmədə öz əksini tapıb. Bu barədə X sosial şəbəkəsində jurnalist Sebastien Denis məlumat verib.
Onun sözlərinə görə, Leao İngiltərə Premyer Liqasında və ya İspaniya La Liqasında oynamaq istəyir. Hücumçu hesab edir ki, onun “Milan”dakı dövrü başa çatmaq üzrədir.
Xatırladaq ki, PSJ “Real”a getmə ehtimalı artan Kilian Mbappeni əvəzləyicisi kimi üçün Rafaeli götür.
