Olimpiadanın finalından sonra niyə ağlayıbmış?
İspaniyalı tennisçi, dünyanın 3 nömrəsi Karlos Alkaras 2024-cü il Paris Olimpiya Oyunlarının finalında serb Novak Cokoviçə uduzduqdan sonra keçirdiyi hisslərdən danışıb.
Olimpiya turnirinin həlledici görüşündə 37 yaşlı Cokoviçə 6:7 (3:7), 6:7 (2:7) hesabı ilə uduzan 21 yaşlı ispaniyalı məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilməmişdi.
“Çətin an idi, çünki olimpiya qızıl medalını qazanmaq ilin əvvəlindən məqsədim idi.
O anda hamının gözlədiyi qızıl medalı qazana bilməyərək ölkəmi və ispan xalqını ruhdan salmış kimi hiss etdim. Ona görə də mən elə reaksiya verdim, hisslərimi açıb içimdə olanı ölkəmə və dünyaya göstərdim. Düşünürəm ki, bunu göstərmək lazım idi”, – deyə “TNT Sports” Alkarazdan sitat gətirib.
Aut.az
