Türkiyə

“Qalatasaray”ın futbolçusu oyun zamanı şirin-şirin yatdı – FOTO

“Qalatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sançes Türkiyə kubokunun III turunun “Konyaspor”la oyunundan sonra mətbuatın və azarkeşlərin diqqət mərkəzində olub.

Aut.az xəbər verir ki, meydana çıxmayıb və bütün oyun boyu ehtiyat oyunçular skamyasından əyləşib.

Qarşılaşma zamanı Sançes elə ehtiyat oyunçular skamyasında yatıb, rejissorlar bunu lentə alıblar. Kadrlar böyük sürətlə internetdə yayılıb.

Bu epizod birinci hissənin sonunda baş verib.

Xatırladaq ki, Davinson Sançez daha əvvəl “Tottenhem”, “Ayaks” və digər klublarda çıxış edib.

“Qalatasaray”ın futbolçusu oyun zamanı şirin-şirin yatdı – FOTO