İspaniya

“Barselona”ya bəd xəbər: Yenə sıradan çıxdı

“Barselona”nın müdafiəçisi Andreas Kristensen yenidən sıradan çıxıb.

Aut.az xəbər verir ki, o, İspaniya La Liqasının “Real Sosyedad”la oyunu öncəsi məşqində zədələnib. Bu barədə komandanın baş məşqçisi Hans-Ditter Flik məlumat verib.

Danimarkalı futbolçu zədəsinin təkrarlanması səbəbindən bu gün meydana çıxa bilməyəcək. Qeyd olunur ki, futbolçu beynəlxalq oyunlarla əlaqədar yaranacaq fasilədən sonra tam sağala bilər.

Qeyd edək ki, Kristensen bu mövsüm axilles vətərindəki problemlərə görə cəmi 26 dəqiqə meydanda olub.

Aut.az