Alonsonun ətrafı “Real”da vəziyyətin yaxşılaşacığını gözləyirmiş: Səbəb?
Xabi Alonsonun baş məşqçi vəzifəsindən getməsi və Alvaro Arbeloanın təyin olunmasından sonra “Real Madrid”də atmosfer yaxşılaşıb.
Şənbə günü “Real” La Liqanın 21-ci turunda “Vilyareal”ı 2-0 hesabı ilə məğlub etdi.
Aut.az xəbər verir ki, oyundan əvvəl Alonsonun keçmiş heyətindəki mənbələr “The Athletic”ə bildiriblər ki, onlar “Real”da vəziyyətin indi yaxşılaşmağa başlayacağına inanırlar, çünki oyunçular onlara yönələn tənqidlərə cavab verməyə can atacaqlar.
Bu fikir komandanın bir neçə üzvünə yaxın digər mənbələr tərəfindən də dəstəklənib.
“Real Madrid”in paltardəyişmə otağına yaxın bəzi mənbələr bildirib ki, hazırda atmosfer yaxşılaşıb – Alonsonun rəhbərliyi altında komandada gərginlik var idi.
Aut.az
