“Liverpul” zərərdədir? – Maliyyə hesabatı açıqlandı
“Liverpul” 2023/24 mövsümü üçün gəlir və xərclərini açıqlayıb.
Aut.az xəbər verir ki, Mersisayd klubu ilk dəfə 300 milyon funt-sterlinqdən çox kommersiya gəliri əldə edib. Ümumi zərər 57 milyon funt-sterlinq olub.
“Qırmızılar”ın yayım gəliri 38 milyon funt-sterlinq azalaraq 204 milyon funt-sterlinqə, matçı günü gəliri isə 22 milyon funt-sterlinq artaraq 102 milyon funt-sterlinqə çatıb.
Kommersiya gəlirləri 36 milyon funt sterlinq artaraq 308 milyon funt-sterlinqə yüksəlib. İnzibati xərclər də 38 milyon funt sterlinq artaraq 600 milyon funt-sterlinqə çatıb.
Ümumi gəlir 20 milyon funt sterlinq artaraq 614 milyon funt-sterlinq təşkil edib.
Media gəlirləri 38 milyon funt-sterlinq azalıb, buna əsas səbəb ötən mövsüm klubun Çempionlar Liqası əvəzinə Avropa Liqasında çıxış etməsi olub.
Aut.az
