Tennis

Diskvalifikasiya olunan bir nömrə harada məşq edəcək?

Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner antidopinq qaydalarını pozduğuna görə cəzalı olduğu müddətdə Monakonun paytaxtı Monte Karlodakı tennis klubunda məşq edəcək.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Aprelin 5-dən 13-dək bu klubun kortlarında “Masters” yarışları keçiriləcək. Göstərilən tarixlərdə Sinner bu məkanda məşq edə bilməyəcək.

Mənbənin sözlərinə görə, Sinner gələn həftədən məşqlərə başlayacaq. Onu fitnes üzrə məşqçi Marko Paniçi və fizioterapevt Ulises Badio müşayiət edəcək. Xatırladaq ki, Yannikin diskvalifikasiya müddəti mayın 4-də başa çatacaq.

Aut.az