Digər

Rusiya qayıdır? – BOK-la danışıqlar başladı

Çərşənbə günü, fevralın 26-da Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin bərpası ilə bağlı BOK ilə ilkin müzakirə aparılıb.

Aut.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev məlumat verib.

“Əslində biz indi seçkiləri gözləməliyik. İlkin söhbət oldu, sessiyayada iştirak etdim. Bütün şərtlər yerinə yetirilsə, məncə, geri qayıtmaq məsələsini qaldıra bilərik. Amma Afinadan əvvəl qəti qərar olmayacaq”, – Tarpişşov bildirib.

İdman naziri və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev əvvəllər qeyd edib ki, Rusiya Olimpiya Komitəsinin yenilənmiş nizamnaməsi Olimpiya Xartiyasının tələblərinə tam uyğundur. Onun fikrincə, bu, təşkilatın hüquqlarının bərpası imkanlarını açır.

Aut.az