Azərbaycan futbolu

“Mingəçevir”in təxirə salınan oyununun vaxtı açıqlandı

Bu gün keçirilməli olan və əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib.

Aut.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

PFL-in qərarına əsasən, oyun 28 fevralda, Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq.

Qarşılaşma saat 14:00-da start götürəcək.