Azərbaycan futbolu

Qismət Alıyev: “Oyuna hazırıq”

Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” – “Hayduk” oyunundan öncə mətbuat konfransı keçirilib.

Aut.az xəbər verir ki, təmsilçimizin kapitanı Qismət Alıyev matçla bağlı danışıb:

“Hər iki komandanı vacib oyun gözləyir. Məşqçilər bizə məlumatları veriblər. Oyuna tam hazırıq. Ən yaxşısını etməyə çalışacağıq ki, ilk matçda istədiklərimizi edək”.