İngiltərə

Azarkeşlərə müraciət etdi: Mançester küçələrində gəzəndə…

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın sükanı arxasında olduğu dövr haqqında danışıb.

Aut.az xəbər verir ki, mütəxəssis klub azarkeşlərinə hərarətlə müraciət edib.

“Klubda keçirdiyim vaxtdan zövq aldım. İngiltərə futbolu xüsusidir. Azarkeşlər komandaya, oyunçulara və heyətə sadiqdirlər. Bunun üçün həqiqətən minnətdar ola bilərəm. “Mançester Yunayted” azarkeşlərinə də nəsə verdik. Altı ildən sonra iki titul qazandıq. Mənə dəyər verilirdi və mən bunu həmişə Mançester küçələrində gəzəndə hiss edirdim.

“Mançester Yunayted” azarkeşlərini xüsusi edən odur ki, onlar ciddi uğursuzluqlardan sonra belə həmişə komandanı dəstəkləyirlər. Onlar komandaya inamlarını nümayiş etdirirlər”, – deyə mütəxəssis bildirib.

Ten Haq hazırda işsizdir. “Qırmızı şeytanlar” ötən ilin oktyabr ayının sonunda 55 yaşlı Erik ten Haqı baş məşqçi postundan qovub.

Aut.az