Voleybol

“Azərreyl” qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilib.

Aut.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib.

“Milli Aviasiya Akademiyası” “Abşeron”u, “Azərreyl” isə UNEC-i 3:0 hesabı ilə məğlub edib.

“Murov Az Terminal” səfərinə yollanan “Gəncə” kollektivi isə 3:2 hesablı qələbəyə sevinib.

Birinci və üçüncü matç Gənclər İdman Nazirliyinin Voleybol Mərkəzində, ikinci oyun isə UNEC Voleybol Klubunun idman zalında gerçəkləşib.