Azərbaycanın 2 hakimi UEFA-nın kurslarında iştirak edəcək
Azərbaycanın iki hakimi UEFA-nın kurslarında iştirak edəcək.
Aut.az xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere Bakıda azərbaycanlı hakimlər üçün təşkil olunan seminardan sonra açıqlamasında deyib.
Belçikalı mütəxəssis bunun Azərbaycan üçün faydalı olacağını bildirib:
“Tural Qurbanov və Asiman Əzizli UEFA-nın təşkil edəcəyi kurslarda bilik və bacarıqlarını artıracaqlar. Ümidvaram ki, onlar Azərbaycana döndükdən sonra bacarıqlarını ölkənizdə tətbiq edəcəklər. Bu da Azərbaycanda futbolun səviyyəsinin artmasına töhfə verəcək”.
