Xusanovun çatışmayan cəhəti: Qvardiola açıqladı
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qış transfer pəncərəsində komandaya qoşulan futbolçuların çıxışını dəyərləndirib.
Aut.az xəbər verir ki, Qvardiolanın sözlərini “City Xtra” “X” sosial şəbəkəsində sitat gətirib.
“Yenilər məşq zamanı çox yaxşıdırlar. Xusanov “Çelsi”, “Leyton Orient”, “Nyukasl”, “Real Madrid” və “Liverpul”la matçlarda çıxış edib. Onun haradan gəldiyini nəzərə alsaq, çətin bir cədvəllə üzləşdi.
İngilis dilini mükəmməl bilmədiyi üçün də ünsiyyət çatışmazlığı var. Amma onun oyuna verdiyi töhfə həqiqətən yaxşıdır.
Ömər Marmoş və Niko Qonsales daha az oynadılar, amma yaxşı idilər. Biz onların təsirindən razıyıq. Və təbii ki, Vitor Reys. Ona oyun vaxtı çatanda, o da yaxşı səviyyədə olacaq”, – Qvardiola deyib.
Aut.az
