“Real”da qədri bilinməyən futbolçu: Bellinqem kimi deyir?
“Real Madrid”in ulduz yarımmüdafiəçisi Cud Bellinqem klubun ən istedadlı futbolçusunun adını açıqlayıb.
Aut.az xəbər verir ki, ingilis braziliyalı cinah oyunçusu Rodriqonu tərifləyib.
“Rodriqonu çox aşağı qiymətləndirirlər. Mənim üçün o, “Real”ın bəlkə də ən istedadlı oyunçusudur. Topla hər şey edə bilər. Sadəcə oynayırıq, birdən o, elə fənd edir ki, durub soruşursan: “Bunu necə etdin?”
Onun üstünlük verdiyi mövqe sol cinahdır, lakin qeyd etmək lazımdır ki, o, sağ cinahda müdafiə də daxil olmaqla, komanda üçün çox işləyir”, – Bellinqem bildirib.
Aut.az
