Heç “yox” da demir – Yamal “Real”ın qapıçısını ittiham etdi
“Barselona”nın vingeri Lamin Yamal ötən mövsüm İspaniya çempionatının 32-ci turunda vurduğu zərbədən sonra topun “Real Madrid”in qapı xəttini keçib-keçmədiyi haqda danışıb.
Gənc futbolçunun zərbəsindən sonra “Real Madrid”in ukraynalı qapıçısı Andrey Lunin topun qarşısını kəsib, lakin onun bunu top artıq qapı xəttini keçdikdən sonra, yoxsa ondan əvvəl etdiyi mübahisə yaradıb.
Həmin anın təkrarına baxmaqla qol olub-olmadığına 100% cavab verilmədi. Lakin hakimlər oyunu davam etdirmək qərarına gəliblər.
“Mən bunu artıq demişəm. Mənim üçün bu, çox aydın idi. Rəqib komandanın qapıçısı xəbəri olmadığını deyəndə… Düməli, qoldur. Heç “yox” da demir. Amma bu normaldır, belə şeylər olur”, – Yamal “Mundo Deportivo”ya müsahibəsində deyib.
Aut.az
