Ardıcıl məğlubiyyətlərdən bezdi: Görün futbolçuları necə motivasiya etdi
Almaniyanın “Hoffenhaym” klubunun baş məşqçisi Kristian İlzer ardıcıl məğlubiyyətlərdən sonra futbolçularını qeyri-adi şəkildə motivasiya edib.
Aut.az xəbər verir ki, BILD-in məlumatına görə, 2024-cü il dekabrın 8-də “Frayburq”la Bundesliqa oyunundan əvvəl 47 yaşlı avstriyalı futbolçuların qarşısına aşpaz papağı və önlüklə çıxıb və “xəyali sehrli iksir”i qarışdırmağa başlayıb. O, çıxışında uğurlu oyun üçün inqrediyentləri sadalayıb.
“Daha çox ədviyyat” haqqında danışan məşqçi oyunçulara acı bibər, sonra isə dildo göstərib və oyunçulara “bu dildo kimi sərt olmalısınız” deyib.
Nəticədə “Frayburq”la görüş heç-heçə başa çatıb – 1:1. “Hoffenhaym”dan jurnalistlərə “paltardəyişmə otağında baş verənlər elə orada da qalır” deyərək şərh etməkdən imtina ediblər.
“Hoffenhaym” hazırda Almaniya çempionatının turnir cədvəlində 15-ci yerdədir.
Aut.az
