Yamal hansı futbolçunu “Barsa”ya transfer edərdi?
“Barselona”nın vingeri Lamin Yamal “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialanı komandasında görmək istədiyini bildirib.
“Barsa” üçün transfer etmək istədiyim bir oyunçu? Neymarın adını çəkməyimi gözləyirsiniz, amma Musiala deyəcəyəm… Təəssüf ki, onun etibarlı müqaviləsi var”, – “Barca Times” Yamalın sözlərini sitat gətirib.
Bu mövsüm Lamin bütün turnirlərdə 32 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Aut.az
