Çempionlar Liqasıİtaliya

Özümüz özümüzü öldürdük – İbrahimoviç

“Milan”ın rəhbərinin müşaviri Zlatan İbrahimoviç komandasının “Feyenoord”a məğlub olaraq Çempionlar Liqasını sensasiyalı şəkildə tərk etməsindən (iki oyunun nəticəsinə görə 1:2) danışıb.

Aut.az xəbər verir ki, İbrahimoviç bu barədə “Sky” telekanalında deyib.

“Feyenoord” bizdən yaxşı deyildi, sadəcə özümüz özümüzü  öldürdük. Biz məyus olduq, hakim qırmızı vərəqədən əvvəl xəbərdarlıq etmədən Teo Hernandesə qarşı sərt davrandı…

Teo simulyasiya etmədi, o, əlindən gələni etdi”, – İbrahimoviç deyib.

Aut.az