Dünya futboluİtaliya

Buffonun oğlunu bu ölkənin yığmasına çağırdılar

“Yuventus”, “Parma” və İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffonun oğlu Lui martda İngiltərə və Fransa ilə keçiriləcək oyunlar öncəsi Çexiyanın gənclərdən ibarət milli komandasına çağırılıb.

Aut.az xəbər verir ki, 17 yaşlı futbolçu cinah yarımmüdafiəçisi kimi çıxış edir və Filippo İnzaqinin baş məşqçi olduğu “Piza”da çıxış edir. Klub B Seriyasında ikinci pillədə qərarlaşıb. Lui hazırda yalnız gənclər komandasında çıxış edir və 18 matçda 4 qol vurub.

O, Canluicinin 2011-2014-cü illərdə evli olduğu anası Alena Seredova vasitəsilə Çexiya vətəndaşlığı alıb.