Digər

Əfsanə karyerasını bitirir: Pis deyildi, hə?  

Uelsin əfsanəvi velosipedçisi, 2018-ci il “Tour de France” çempionu Qeraint Tomas bu mövsümün sonunda karyerasını başa vuracaq.

Aut.az xəbər verir ki, bu barədə 38 yaşlı Tomas “X” səhifəsində yazıb.

“Düşünürəm ki, bunu rəsmiləşdirməyin vaxtıdır. Bəli, bu, peşəkar karyeramın son mövsümüdür. Pis deyildi, hə? Ən çılğın arzularımda belə 19 il peşəkar səviyyədə çıxış edəcəyimi təsəvvür edə bilməzdim. Bunu həzm etmək üçün çox vaxt lazım olacaq, lakin hələlik daha bir neçə böyük yarışa hazırlaşmalıyıq”, – Tomas bildirib.

Uelsli karyerasını 2023-cü ildə bitirməyi planlaşdırmışdı, lakin ümumi təsnifatda qalib olmağa yaxın olduğu “Giro d’İtalia”da uğurlu çıxışından sonra davam etmək qərarına gəlmişdi.

Aut.az