Sensasion variant: Poqba bu nəhəngə keçir?
Madrid “Atletiko”su fransız yarımmüdafiəçi Pol Poqba ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “El Gol Digital” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 31 yaşlı futbolçunun klubun lideri Antuan Qrizmannla dostluğu onun “hindular”a qoşulmasına kömək edə bilər.
Pol Poqbanın dopinq qadağası 2025-ci ilin martında başa çatır, lakin ona, artıq peşəkar komandalarla məşq etməyə icazə alıb.
2022-ci ilin yayında “Yuventus”a qayıtdıqdan sonra Pol Poqba zədələr və dopinq qalmaqalı səbəbindən klub səviyyəsində cəmi 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. 2024-cü ilin dekabrında Turin klubu ilə müqaviləsi ləğv edildiyi üçün Poqba azad agentdir.
Aut.az
